Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bavariya"nın təklifini rədd etdi

08 Mar 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bavariya" futbolçusu Kinqsli Komana yeni müqavilə təklif edib.

Press.az "Kicker"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 24 yaşlı yarımmüdafiəçi ilə sözləşməni 2026-cı ilin yayınadək uzaqtmaq istəyib. Koman isə "Bavariya"nın bu təklifini rədd edib. Ona görə də tərəflər arasında danışıqların dayandırılacağı bildirilib.

Daha əvvəl fransalı oyunçunun "Mançester Yunayted"dən daha yaxşı təklif aldığı haqda xəbərlər yayılmışdı. "Qırmızı şeytanlar"ın futbolçuya həftədə 260 min funt sterlinq ödəməyə hazır olduğu idda edilirdi. Onun "Bavariya" ilə müqaviləsinin müddəti isə 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Koman bu mövsüm Bundesliqada 19 matça çıxaraq, 3 qol vurub və 9 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI