Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avtomobildə ön yan şüşələrə plyonka vurmaq olarmı? - AÇIQLAMA

12 Feb 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yol hərəkəti haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, sürücünün görüntü dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydasının Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcəyi təklif edilir.

Press.az xəbər verir ki, bu qaydanı nəzərdə tutan layihənin 4.2-ci maddəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək sürücünün görüntü dairəsini məhdudlaşdırmamaq şərtilə nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin (pərdə, jalüz və plyonka) çəkilməsi qaydası ilə eyni gündə qüvvəyə minir.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Maraqlıdır ki, ölkədə nəqliyyat vasitələri olan sürücülər avtomobillərin ön yan şüşələrində pərdə, jalüz və plyonkalardan istifadə edə bilərmi? Bununla bağlı hər hansı qadağa varmı? Bu suala cavab tapmaq üçün ekspertlərə müraciət etdik.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, ön qapılara ümumiyyətlə heç bir örtük çəkilməsinə icazə verilmir: "Yalnız istehsalçı zavod tərəfindən buraxılan şüşələr 25 faiz tünd ola bilər. Bu, o demək deyil ki, kimsə şüşəyə nəsə vura bilər. Bəzi sürücülər elə başa düşür ki, 25 faiz ön yan şüşələrə nəsə çəkə bilər. Çəkilə bilməz. Sadəcə olaraq zavodda istehsal edilən şüşənin tündlüyü 25 faiz ola bilər.

Bu, qabaq qapı şüşələrinə aiddir. Lakin kimsə plyonka və ya şüşə çəkə bilməz ki, bu 25 faizlikdir. Bu, qətiyyən olmaz, hər hansı örtüyün çəkilməsinə icazə verilmir. Bu, bizim milli standartımızda da öz əksini tapıb. Amma arxa şüşələrə pərdə, plyonka və jalüz vurula bilər. Bu, artıq Milli Məclisdə də ikinci oxunuşdan keçib. Üçüncü oxunuşdan sonra cənab prezident bunu təsdiqləyəcək və məsələ öz həllini tapmış olacaq".

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, sürücünün sol və sağ əlinin altındakı şüşələrdə şəffaflıq müəyyən olunub ki, alın şüşə minimum 75 faiz, qabaq yan şüşələr isə sağ və sol minimum 70 faiz şəffaf olmalıdır: "Bu, beynəlxalq standartlarda öz əksini tapıb. Ancaq digər ölkələrdə şəffaflıq dərəcələri arasında 4-5 faiz fərq var. Qabaq alın və qabaq yan şüşələrdə hər hansı pərdə və jalüzlərdən söhbət gedə bilməz. Milli Məclisdə müzakirəyə çıxarılan qanundan sonra müvafiq icra hakimiyyəti orqanı vsitəsilə bu, təsbit olunacaq".

\\\BAKU.WS

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI