logo
First slide

Evdən çıxmadıqlarına görə 1100 manat alacaqlar

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə hökuməti ölkədə COVİD-19 pandemiyasının təsirlərinin sürətlə azaldılması məqsədilə tədbirlər planı hazırlayıb.

Press.az ingilis mediasına istinadən xəbər verir ki, yeniliklər arasında koronavirus testi pozitiv çıxan şəxslərin hər birinə karantin müddətində evlərini tərk etməmələri müqabilində 500 sterlinq, yəni 1100 manat birdəfəlik ödənişin edilməsi də var. Belə ki, virusa yoluxmuş hər bir şəxsin evini tərk etməməsi qanunla müəyyənləşsə də, həmin insanların daha da həvəslənməsi və mənzilləri tərk etməməsi məqsədilə əlavə ödənişin verilməsinə qərar verilib.

İlkin hesablamalara görə, bu yenilik İngiltərə büdcəsinə həftəlik 460 milyon sterlinqə yaxın əlavə xərc yaradacaq.

Lakin mütəxəssis həvəsləndirici vasitələrin işə düşməsi ilə virusa yoluxmanın sürətlə azalacağını bildiriblər.

Oxşar xəbərlər
OTACI
OTACI