Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Yaponiyanın Azərbaycandakı səfirliyi Tokio-2020 ilə bağlı bəyanat yaydı

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaponiyanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Press.az xəbər verir ki, Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunması qərarı ilə bağlı şayiələrə münasibət bildirilib.

Yaponiya Hökumətinin rəsmi mövqeyinin ifadə olunduğu bəyanatda vurğulanıb ki, yarışların ləğvi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir: “Bu gün yayılan bəzi xəbərlərdə Yaponiya Hökumətinin Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarının ləğv olunmasının qərarlaşdırılması haqqında qeyri-rəsmi bəyanat verdikləri ilə bağlı məlumatlar paylaşılıb. Bu, tamamilə doğru deyil. Ötən ilin iyul ayında Beynəlxalq Olimpiya Komitəsinin Sessiyası zamanı bu il iyulun 23-də keçiriləcək açılış mərasimindən başlayaraq bütün oyunların cədvəli və məkanların siyahısı qərarlaşdırılmış və hazırda əlaqədar şəxslər bu yay Oyunların uğurlu şəkildə baş tutması üçün birgə çalışaraq hazırlıqlar görməkdədirlər”.

Səfirlik bəyan edir ki, Yaponiya Hökuməti olaraq, COVID-19 yeni koronavirusa qarşı bütün gərəkli tədbirləri həyata keçirəcək: “Beynəlxalq Olimpiya Komitəsi, Tokio-2020 Olimpiya Paralimpiya Oyunları Təşkilat Komitəsi, Tokio meriyası ilə birgə təhlükəsiz və uğurlu Oyunlar üçün hazırlıqlara davam edəcəyik”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI