Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Milli Paralimpiya Komitəsində Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

22 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsin (MPK) və “Motivator Azerbaijan”-ın birgə təşkilatçılığı ilə yeni layihəyə start verilib.

Layihə çərçivəsində Vətən müharibəsinin qaziləri ilə ilk görüş keçirilmişdir. Layihənin məqsədi Vətən müharibəsi qazilərinin idmana cəlb edilməsi, gənclərimizin qarşılarına qoyduğları məqsədə doğru irəliləməsində, sağlamlıqla olan problemlərə və əlilliyə baxmayaraq ruhdan düşməmələri üçün dəstək olmaqdır.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov, “Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov, Gənclər və İdman Naziriliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, MPK-nin vitse-prezidenti və 2 qat paralimpiya çempionu İlham Zəkiyev, Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov iştirak ediblər.

lk növbədə görüş iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə və Rəşadətli Azərbaycan Ordusuna xalqımıza bəxş etdiyi qələbə sevincinə görə təşəkkür ediblər. Qazilərimizi Vətən müharibəsində qazanılan tarixi qələbə münasibətilə təbrik edib, Rəşadətli Ordumuzun torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaətin əsl qəhrəmanlıq olduğu vurğulanıb.

Komitənin vitse-prezidenti İlham Zəkiyev bildirib ki, müharibə zamanı əlillik alan şəxslər bu günə qədər də MPK-nin milli komandalarının tərkibində iştirak edib, ölkəmizi beynəlxalq arenada böyük uğurla təmsil edirlər. Onların sırasında güllə atıcılığı idman növü üzrə komandanın baş məşqçisi Əkbər Muradov, həmin komandanın üzvü Elşən Cəbiyev, kamandan oxatma üzrə milli komandanın baş məşqçisi İlqar Abbasov kimi Qarabağ müharibəsi qazilərimiz var.

Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov bildirdi ki, sağlamlıq imkanları məhdud olan qazilərimiz Paralimpiya hərəkatına qoşularaq beynəlxalq arenada ölkəmizi təmsil edə bilərlər. K.Məmmədov yaxın gələcəkdə işğaldan azad edilmiş torpaqlarda, doğma Şuşamızda keçiriləcək mötəbər turnirlərdə qazilərimizin də iştirak edəcəyini və onların müharibə zamanı dalğalandırdığı şanlı bayrağımızı bir daha zirvələrə ucaldacaqlarına əmin olduğunu bildirib. K.Məmmədov dövlət başçısının tapşırığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və qazilərin sosial problemlərinin həll edilməsi üçün böyük işlər görülür və növbəti görüşlərdə nazirliyik nümayəndəsinin dəvət olunacağını qeyd edib.

Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov qazilərimizin idmana cəlb edilməsi ilə bağlı aparılan işləri yüksək qiymətləndirib. F.Mansurov qeyd edib ki, Milli Paralimpiya Komitəsi 25 il ərzində böyük uğurlara imza atıb və hər zaman olduğu kimi bu gün də Gənclər və İdman Nazirliyinin daima Milli Paralimpiya Komitəsinə dəstək olacağını vurğulayıb.

“Motivator Azerbaijan” layihəsinin yaradıcısı Rüfət Həsənov öz növbəsində Paralimpiya hərəkatına qoşulan qazilərimizin digər əlilliyi olan şəxslərə motivasiya verdiklərini vurğuladı. O, qeyd etdi ki, bu gün start verilən layihə uzunmüddətli olacaq və qazilərimizin paralimpiya hərəkatına cəlb edilməsində daima MPK-nin yanında olacaq.

Azərbaycan Peşəkar Boks Federasiyasının vitse-prezidenti Fərhad Acalov Milli Paralimpiya Komitəsini və “Motivator Azerbaijan” layihəsinin təşəbbüsünü yüksək qiymətləndirib qeyd etdi ki, qazilər Paralimpiya hərəkatına qoşularaq peşəkar məşqçilərin köməyi ilə qısa bir zamanda müxtəlif idman növlərində uğurlara imza ata bilərlər.

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı idman növü üzrə idmançısı, aprel döyüşlərinin qazisi Elşən Cəbiyev yaralandıqdan sonra Paralimpiya hərəkatına qoşularaq idmançı kimi xidmətini idman arenalarında davam etdiyini və Vətən müharibəsinin qazilərinidə bu hərəkata qoşulmaqlarına çağırıb.

Dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən qazilərimiz, qələbəyə güclü liderimizin, xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduqlarını vurğulayıblar. Paralimpiya hərəkatına qoşulub idman vasitəsilə ölkəmizi beynəlxalq arenalarda təmsil etməyə hazır olduqlarını bildiriblər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI