Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Sona qədər liderliyimizi qoruyacaq gücdəyik" - Səlahət Ağayev

16 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Neftçi”nin qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.

- Əməliyyatdan sonra bərpa prosesini uğurla başa vurduz. Artıq komanda ilə birgə məşq edirsiz. Uzun müddət sonra meydana çıxmısız. Toplanışdakı hər iki sınaq matçında iştirak etmisiz. Xüsusilə "Keşlə” ilə oyunda çox inamlı idiz və qapının toxunulmazlığını qoruduz.

- Uzun fasilədən sonra meydana qayıtdığım üçün çox sevincliyəm. Komandamızın tibbi personalına da mənə göstərdikləri köməyə görə minnətdaram.

- Necə düşünürsüz, əvvəlki formana tam qayıtmısız?

- Bu qədər fasilədən sonra formanı bərpa etmək çətin olur, amma düşünürəm ki, öhdəsindən gələ bilirəm. Qapıçılar üzrə məşqçimiz Etibar Tarıverdiyevə də təşəkkür edirəm ki, formaya düşməyim üçün əlindən gələni əsirgəmir.

- Özünüzü Aqil Məmmədovla rəqabətə tam hazır sayırsız?

- Öncə onu deyim ki, qapıçılar arasında mehriban münasibət və sağlam rəqabət var. Aqil Məmmədovla yanaşı, Kamran İbrahimov da əsas komandaya kömək etmək gücündədir. Əsas heyətdə kimin olacağına baş məşqçi və məşqçilər korpusu qərar verir ki, biz də o qərara hörmətlə yanaşırıq.

- Artıq gələn həftə çempionat bərpa olunacaq. "Səbail”lə oyundan nə gözləyirsiz? Bu tur da liderliyi qoruya biləcəksizmi?

- Samir Abasovun gəlişindən sonra komandanın oyununda yaxşıya doğru dəyişikliklər var. Bu da onu deməyə əsas verir ki, sona qədər liderliyimizi qoruyacaq gücdəyik.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI