Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda sülh - YENİLƏNİB

14 Jan 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün “Sumqayıt”la “Qəbələ” arasında yoxlama oyunu keçirilib.

Press.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının ikinci hissəsinə hazırlaşan komandalar “Kapital Bank Arena”da üz-üzə gəlib.

Qolların ilk yarıda vurulduğu qarşılaşmada hesabı Sumqayıtın eyniadlı təmsilçisi açıb. Ayxan Abbasovun yetirmələri Murad Xaçayevin qolu ilə üstünlük qazanıb.

Lakin qonaqlar fasiləyədək hesabda tarazlıq yaradıb. Nikolas Raysel meydan sahiblərinin qapısına yol tapıb.

Qeyd edək ki, bu, Elmar Baxşıyevin yetirmələrinin qış fasiləsində ilk oyunu olub. Bunadək “Zirə”ni 3:2 hesabı ilə yenən “Sumqayıt” isə 2-ci matçını keçirib.

Yoxlama oyunu

14 yanvar

15:00. "Sumqayıt" - "Qəbələ" - 1:1

Qollar: Murad Xaçayev, 24 - Nikolas Raysel, 42

“Kapital Bank Arena”

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI