Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"ın daha bir futbolçusunda koronavirus aşkarlandı

02 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda qarşılaşacağı “Makkabi” ilə oyunöncəsi UEFA-nın tələblərinə uyğun koronavirus testindən keçib.

Press.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Mahir Emrelidə testin nəticəsi pozitiv çıxıb və Türkiyəyə aparılmayıb.

Bir müddətdir Türkiyədə reabilitasiya keçən müdafiəçi Abbas Hüseynov da bu gün koronavirus testindən keçib və müdafiəçimizdə də koronavirus aşkarlanıb.

Daha öncə isə komandanın baş məşqçisi Qurban Qurbanov və tərcüməçimiz Elvar Quliyevdə də testin nəticəsi pozitiv çıxdığı üçün komandadan ayrı düşüb.

Milli komandanın düşərgəsində koronavirusa yoluxmuş Maksim Medvedev hələ də müalicəsini Lüksemburqda davam etdirir, Xorvatiyada isə müalicə keçən müdafiəçi Rahil Məmmədovun dünən verdiyi koronavirus testinin nəticəsi mənfi çıxıb və Türkiyəyə gələrək komandaya qoşulub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI