Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bavariya" "Atletiko" ilə oyuna ciddi itkilərlə çıxacaq

01 Dec 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bavariya” Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda “Atletiko” ilə oyuna ciddi itkilərlə çıxacaq.

Press.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Hansi Flik oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

O, qapıçı Manuel Noyer, yarımmüdafiəçi Leon Qoretska və hücumçu Robert Levandovskinin zədə səbəbindən Madrid təmsilçisi ilə matçda iştirak etməyəcəyini bildirib.

Zədədən əziyyət çəkən Alfonso Deyvis, Yozua Kimmix və Korenten Tolisso Madridə aparılmayıb.

Qeyd edək ki, dekabrın 1-də keçiriləcək "Atletiko” – “Bavariya” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI