Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Golden Boy" mükafatının sahibi müəyyənləşdi

21 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Norveç millisinin və Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand Avropada ilin ən yaxşı gənc oyunçusuna verilən "Golden Boy" mükafatını qazanıb.

Press.az xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan "Tuttosport" nəşri məlumat  yayıb.

Xatırladaq ki, namizədlərin son siyahısında Eduardo Kamavinqa ("Renn"), Alfonso Davis ("Bavariya"), Serxinyo Dest ("Barselona"), Ansu Fati ("Barselona"), Fil Foden ("Mançester Siti"), Xames Hudson-Odoi ("Çelsi"), Deyan Kulusevski ("Yuventus"), Ceydon Sanço ("Borussiya" Dortmund), Sandro Tonali ("Milan"), Ferran Torres ("Mançester Siti") və Vinisius Junior ( "Real") kimi məşhur futbolçular var idi.

Qeyd edək ki, 2020-ci ilin yanvarında "Zalsburq"dan "Borussiya"ya transfer olunan Holand bu il 29 matçda 27 qol vurub, 6 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI