Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FİFA "The Best" mükafatını bu tarixdə təqdim edəcək

20 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FİFA The Best FİFA Football Awards 2020 mükafatlandırma mərasiminin vaxtını açıqlayıb.

Press.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, tədbir dekabrın 17-də onlayn formada gerçəkləşəcək.

"The Best" mükafatı üçün səsvermə noyabrın 25-də başlayacaq və dekabrın 9-dək davam edəcək. Səsvermədə yığma komandaların baş məşqçiləri, kapitanları, azarkeşlər və qitə futbol qurumunda qeydiyyatdan keçmiş jurnalistlərin iştirak edəcək.

Mükafatlar aşağıdakı kateqoriyalar üzrə təqdim olunacaq:

İlin ən yaxşı qadın oyunçusu, ilin ən yaxşı futbolçusu, ilin ən yaxşı qadın məşqçisi, ilin ən yaxşı kişi məşqçisi, ilin qadın qapıçısı, ilin kişi qapıçısı, ilin qadın komandası, ilin kişi komandası, FİFA Ədalətli Oyun Mükafatı, "Ferents Puşkaş" mükafatı, FİFA azarkeş mükafatı

Qeyd edək ki, FİFA hələlik nominasiyalar üzrə namizədlərin adlarını açıqlamayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI