Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Bu komandanın potensialı var" - De Byazi

18 Nov 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bizim üçün vacib oyun idi. Çətin oyun olacağını bilirdik. İlk hissədə rəqibin qol vurmaq şansları oldu. Qapıçımıza təşəkkür edirik, bizi real qoldan xilas etdi. Bədavi Hüseynovun zədələnməsi oyun planımızı pozdu. Onun əvəzlənməsindən sonra oyun planımız dəyişdi”.

Press.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Millətlər Liqasının 6-cı turunda Lüksemburqla matçdan (0:0) sonra keçirilən mətbuat konfransında deyib. 64 yaşlı mütəxəssis fikirlərini belə tamamlayıb:

“Daha yaxşı oyun nümayiş etdirmək istəyirdik. Texniki və taktiki cəhətdən daha yaxşı oynaya bilərdik. Bunun üçün imkanlarımız vardı.

COVID-19 pandemiyası planlarımızı pozdu. Qrupun ilk oyununa daha yaxşı hazırlaşa bilmədik. Bu komandanın potensialı var. Futbolçuları inandırmalı və onlarda qalib psixologiyasını formalaşdırmalıyıq. Düzgün yolda olduğumuzu düşünürəm. Nizam-intizamı olan və yeri gələndə aqressiv futbol oynamağı bacaran komandamız var.

Mart ayınadək rəsmi oyunlar yoxdur, rəhbərliklə danışmalıyq. Bəzi təşkilatı işlər görüldükdən sonra yanvar ayının sonu fevralın əvvəlində təlim-məşq toplanışı və iki yoxlama oyunu keçirməyi planlaşdırırıq”

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI