Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Həmişə bizimlə, insanlığın yanında oldunuz” - Aybəniz Haşımova

26 Aug 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Xeyirxah mələyim, nə yaxşı ki, doğulmusunuz. Sizin xoş əməlləriniz, xeyirxahlığınız, insanlığınz heç vaxt xatirimdən getməyəcək. Siz hamımızın tanıdığı Xanım Qafarovanı çarəsi olmayan dərdin əlindən ən azı 9 ay ala bildiniz, onu yaşatdınız...Böyük bəstəkar Tahir Əkbərin düçar olduğu çarəsiz dərdinə aylarca dərman oldunuz. Həmişə bizimlə, insanlığın yanında oldunuz".

Press.az xəbər verir ki, bu fikirləri əməkdar artist Aybəniz Haşımova Birinci vitse-prezident Mehriban Əliyevanın doğum günü münasibətilə yazdığı təbrik mesajında qeyd edib.

“Adı kimi Mehribanım, Allah bu dünyada kimə nə yaxşılıq etmisinizsə, onun min əvəzini versin. Sizin dəstək olduğunuz tanıdığım ailələr var ki, hamısı Sizə duaçıdır. Ömrünüz uzun olsun bacım, etdiyiniz yaxşılıqlar isə savabınız...Ad gününüz mübarək!" - deyə, Aybəniz Haşımova vurğulayıb.

Oxşar xəbərlər
OTACI