Aktrisa Pərvin Abıyevayanın ölkədən çıxışına qadağa qoyula bilər.
Press.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məhkəməyə xüsusi icraat qaydasında ərizə ilə müraciət edib.
Aktrisanın vergi borcu var. Onun bu günə olan vergi borcu 9686.03 AZN təşkil edir.
Pərvin Abıyeva isə "qaynarinfo"ya açıqlamasında məsələdən məlumatsız olduğunu bildirib. "Mənə bu haqda heç bir məlumat verilməyib. Bu, yanlış məlumatdır. Əgər mənim bundan xəbərim yoxdursa, necə ölkədən çıxışıma qadağa qoyula bilər”,- akstrisa deyib. O, növbəti sualı dinləmədən telefonu qapadıb.
Daha sonra telefonu açan aktrisa qıqşqıra-qışqıra "Danışmaq istəmirəm, siz də məni danışmağa məcbur etmək istəyirsiniz. Gedin, nə istəyirsiniz yazın”, - deyərək yenidən telefonu qapadıb.