2000-ci illərin sevilən duet ortağı, keçmiş cütlük Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlu yenidən bir araya gəliblər.
Press.az Olay.az- yazır ki, iki sənətçi Bakıda keçirilən məclislərdən birində eyni səhnəni paylaşıb.
Onlar illər sonra məşhur mahnılarından olan “Bağlanıram”ı birgə səsləndiriblər.
Həmin anlar sosial şəbəkələrdə paylaşılıb.
Qeyd edək ki, Aygünlə Namiq sonuncu dəfə mart ayında eyni səhnədə görüntülənmişdilər.