Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hazard 2020-ci ildə ilk qolunu vurdu, Benzema dubl etdi - Video

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Real" La Liqada növbəti oyuna çıxıb.

Press.az xəbər verir ki, Madrid klubu 8-ci turda evdə "Hueska" ilə qarşılaşıb. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə hesabı  40-cı dəqiqədə "Real"ın futbolçusu Eden Hazard açıb. Bununla da belçikalı oyunçu builki ilk qolunu vurub. Bundan başqa o, Madrid təmsilçisinin heyətində 392 gündən sonra ilk dəfə fərqlənib. Zədə səbəbindən uzun müddət idi oynamayan Hazard sonuncu dəfə "Real"da ötən il oktyabrın 5-i fərqlənmişdi.

"Hueska" ilə görüşdə Benzema dubl edib, daha 1 qolu isə Lukas Vaskes vurub.

"Real" - "Hueska" - 4:1

Qollar: Hazard, 40 (1:0), Benzema, 45 (2:0), Valverde, 54 (3:0), Ferreyro, 74 (3:1), Benzema, 90 (4:1)

Qeyd edək ki, Zinəddin Zidanın baş məşqçisi olduğu komanda hazırdqa 16 xalla 1-cidir. "Real Sosyedad" və "Kadiz" hərəyə  14 xalla 2-3-cü pillələri bölüşdürür.

 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI