Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhriyar Məmmədyarov bir pillə gerilədi

31 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Press.az xəbər verir ki, FIDE-nin saytında açıqlanan reytinq cədvəlinin ilk “10-luğ”unda Azərbaycanın iki təmsilçisi də yer alıb.

Şəhriyar Məmmədyarov bir pillə geriləyərək səkkizinci sıraya düşüb. Onun aktivində 2770 xal var.

2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdəki mövqeyini qoruyub.

Qadın şahmatçılarımızdan ən yüksək xala malik Günay Məmmədzadədir. 2443 xalı olan Günay Məmmədzadə 28-ci sıradan 31-ci mövqeyə geriləyib. 2382 xala malik Gülnar Məmmədova yeddi pillə geriləyərək, 80-ci sırada yer alıb. 2376 xalı olan Xanım Balacayeva da eyni sayda gerilmə ilə 89-cu yerə enib.

Qeyd edək ki, reytinq cədvəlinə yenə norveçli dünya çempionu Maqnus Karlsen 2862 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2823 xalla ikinci, çinli Dinq Liren 2791 xalla üçüncüdür.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI