Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"da zədəli futbolçuların son durumu

27 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Vilyarreal”la matçı ərəfəsində heyətlə bağlı problemlərlə üzləşib.

Press.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib. O, komandasının zədəli oyunçuların çoxluğundan əziyyət çəkdiyini vurğulayıb: “Heyətlə bağlı problemlərimiz var. Bəzi oyunçuların matçda iştirakı sual altındadır. Bədavi Hüseynov oyunu buraxa bilər. Maksim Medvedevdə bir az ağrı oldu. Dünənki məşqi yarımçıq tərk etdi və bu gün məşq etmədi. Mahir Emreli kollektivlə birgə hələ cəmi 3 məşq edib. Start heyətində yer almayacağı dəqiqdir. Sonradan meydana daxil olub-olmayacağına sabahkı məşqin ardından baxacağıq”.

Qeyd edək ki, "Qarabağ"  oktyabrın 29-u "Vilyarreal"la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar görüş Bakıda yox, Türkiyənin “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI