Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA-dan "Qarabağ"ın oyununa təyinat

20 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa Liqasının I qrupunun ilk turunun "Makkabi" (Tel-Əviv, İsrail) - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Press.az xəbər verir ki, görüşü Şotlandiya Futbol Federasiyasından Con Biton idarə edəcək. Ona həmyerliləri Frensis Konor və Daniel Makfarlan köməklik edəcək. Dördüncü hakim funksiyasını isə yerinə yetirəcək.

Hakimlərin işinə serbiyalı Milan Karadjiç qiymət verəcək. UEFA nümayəndəsi isə İvan Tsitoviç (Rusiya) olacaq.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xatırladaq ki, Biton "Qarabağ"ın Avroliqada 2019/2020 mövsümünün qrup mərhələsində Lüksemburqda "Düdelanj" (4:1), həmçinin 2016/2017 mövsümündə Yunanıstanda PAOK-una qalib gəldikləri görüşü (1:0) idarə edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI