Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Qarabağ”dan darmadağın, “Keşlə”dən xal itkisi

17 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.

Press.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. 

"Keşlə" "Səbail"in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.  Bu nəticədən sonra "Keşlə" 9 xalla 2-ci, "Səbail" 4 xalla 7-ci pillədə qərarlaşıb.

Günün digər oyununda son çempion "Qarabağ" "Qəbələ"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə ilə Ağdam klubu turnir cədvəlində 3-cü pilləyə yüksəlib.

Qeyd edək ki, bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları sabah keçiriləcək.

Azərbaycan Premyer Liqası

6-cı tur

17 oktyabr

16:00. "Qarabağ" - "Qəbələ" - 3:0

Qollar: Donald Gerye, 44, Patrik Andrade, 89-pen, Toral Bayramov, 90+1

Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.

Bakı. "Azersun Arena.

14:00. "Səbail" - "Keşlə" 1:1 

Qollar: Rəhman Hacıyev, 49 (0:1), Bahadur Həziyev, 51 (1:1)

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.

Bakı. "ASCO Arena"

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI