Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan ordusu peşəkar deyil" - "Ararat-Armenia"nın baş məşqçisi

11 Oct 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Əvvəllər iki ölkə arasında qarşıdurmalar olurdu. Ancaq indi müharibə şəraiti hökm sürür”.

Press.az xəbər verir ki, bu sözləri Ermənistanın “Ararat-Armenia” komandasının ispaniyalı baş məşqçisi David Kampanya ölkəsinin mətbuatına açıqlamasında deyib.

Dağlıq Qarabağda baş verənlər haqda danışan 46 yaşlı mütəxəssis paytaxt İrəvanda sakit yaşadıqlarını söyləyib.

Kampanya bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Mingəçevir, Gəncə, Tərtər və bir neçə digər rayonlarına raket atmasına, mülki vətəndaşları hədəf almasına baxmayaraq, Azərbaycan ordusu yaşayış məntəqələrinə atəş açmır.

“Düzdür, bomba səsləri eşidilir, ancaq hər şey təmas xəttində baş verir. Mən burada normal həyat tərzi keçirirəm, sakitlik hökm sürür. Əgər bir təhlükə hiss etsəydim, təyyarəyə minib İspaniyaya qayıdardım. Ancaq paytaxta toxunulmayıb, yaşadığımız yerlərə atəş açılmır”.

Kampanya Ermənistan ordusunun real gücündən də danışıb: “Burada ordu peşəkar deyil, əksəriyyət mülki şəxslərdir. Hər kəs iki ildir məcburi hərbi xidmətdədir və günümüzdəki kimi qarşıdurmalar ortaya çıxdıqda digər insanlar da çağırılır”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI