Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Terim "Neftçi" ilə oyunu xatırlatdı

23 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Avrokuboklarda bütün oyunlara önəm veririk. Bu qarşılaşma da bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur".

Press.az xəbər verir ki, bu sözləri “Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah keçiriləcək Xorvatiyanın “Hayduk” (Split) klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, futbolçular yaxşı istirahət etməlidirlər:  “Sabah meydana çıxaracağım komanda "Başakşəhər", "Neftçi" və ya "Qaziantep"lə qarşılaşmalardakı heyət olmayacaq. "Hayduk"u məğlub edib pley-offa adlayacaq, oradan isə qrup mərhələsinə vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz. Rəqibi ciddiyə almamaq kimi anlaşılmasın, əksinə çox önəm veririk. Mənim üçün sabahkı matç çox önəmlidir".

Qeyd edək ki, "Qalatasaray" Avroliqanın 2-ci təsnifat mərhələsində "Neftçi"yə 3:1 hesabı ilə qalib gəlib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI