Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

""Neftçi" bizə qonaqpərvərliyini göstərir" - Abdurrahim Albayrak

17 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Çox sevdiyimiz qardaş ölkənin komandası ilə qarşılaşacağıq. "Neftçi" bizə öz qonaqpərvərliyini göstərir. Azərbaycandakı dostlarımıza salamımızı və sevgimizi çatdırırıq".

Press.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə keçirəcəkləri oyun öncəsi "TRT Spor"a açıqlamasında deyib.

"Bu matç bizim üçün çox önəmlidir. İnanıram ki, "Qalatasarat" "Qaziantep"lə matçda sərgilədiyi möhtəşəm oyunu Bakıda da göstərəcək və mərhələni keçərək Türkiyəyə qayıdacaq" - deyə o bildirib.

A.Albayrak görüşün Azərbaycan və ya Türkiyədə keçirilməsinin "Qalatasaray" üçün fərq etmədiyini vurğulayıb: "İstanbulda cavab görüşü keçirilsəydi belə, yenə azarkeşlər stadionda olmayacaqdı. Ümid edirəm ki, "Neftçi"ni mübarizədən kənarlaşdıracağıq və növbəti oyunu evdə keçirəcəyik. Azarkeşsiz oyunun heç bir dadı-duzu yoxdur".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI