Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ" Kiprdə bu stadionda oynayacaq - FOTOLAR

09 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Norveç "Molde"si arasında oyunun keçiriləcəyi "AEK Arena" 2015-2016-cı illərdə inşa olunub.

Press.az xəbər verir ki, Kiprin Larnaka şəhərində yerləşən stadion 7 400 azarkeş tutumuna malikdir. Stadion AEK-ın o vaxtkı prezidenti Andros Karapatakisin atası George Karapatakisin şərəfinə "AEK Arena- George Karapatakis" adlanır.

Stadionda ilk oyun 2016-cı il oktyabrın 17-də yerli çempionat çərçivəsində AEK və "Aris" klubları arasında keçirilib. Həmin görüşdə AEK 4:0 hesabı ilə qalib gəlib. Bu stadionda ilk qolu Jarge Larena vurub. "AEK Arena"nn rəsmi açılış mərasimi isə 2016-cı il noyabrın 26-ı olub.

Stadion Avrokubok matçına  ilk dəfə 2017-ci il iyunun 29-u ev sahibliyi edib.Həmin vaxt AEK "Linkold Red İmps"ə 5:0 hesabı ilə qalib gəlib.

Stadionun dəyəri 8 500 000 avrodur.

Qeyd edək ki, sentyabrın 16-da oynanılacaq "Qarabağ" - "Molde" görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI