logo
First slide

“Bu, irqçilikdir” - “Qarabağ”dan açıqlama

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Norveç hökuməti UEFA-nın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Molde”nin oyunçularına geri qayıtdıqdan sonra karantində saxlanılmaması barədə xahişini rədd edib. 

Press.az xəbər verir ki, “Qarabağ”ın Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov “Qafqazinfo”ya açıqlamasında bu barədə danışıb. O bildirib ki, hökumətin bu qərarı irqçilikdir:

“Norveç hökumətinin bu qərarı irqçilik və bərabərlik hüququnun pozulmasıdır. Bilirsiniz ki, Avstriya yığması Millətlər Liqasının oyunu üçün Norveçə gedəndə karantində saxlanılmadır. Eləcə də Norveç yığmasının oyunçular dünən Şimali İrlandiyadan qayıdandan sonra da karantinə alınmayıb. Onlar Bunu Avropa Birliyi ölkələri üçün istisna kimi qəbul etdilər. Amma bu da haqsızlıqdır. Çünki UEFA-nın ən önəmli şüarlarından biri bərabərlikdir. 

UEFA bayrağı altında olan bütün ölkələr də bərabərdir. Digər bir amil isə irqçilikdir. Norveç hökumətinin sadəcə Avropa Birliyi ölkələrinə giriş-çıxış icazə verməsini biz irqçilik və bərabərlik hüququnun pozulması kimi qəbul edirik. Artıq neçə gün keçib. Təbii ki, Norveç hökumətinin bu qərarı "Molde"nin maraqlarına xidmət edir. İnanırıq ki, UEFA sonda ədalətli qərar verəcək”.

Oxşar xəbərlər
OTACI
OTACI