Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Biz onlar üçün oynayırıq" - Qara Qarayev

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bütün fikirlərimiz bu oyundadır. Hazırlıqlarımız yaxşı səviyyədədir. Şükürlər olsun ki, Mahir Emrelidən başqa itkilərimiz yoxdur.Oyuna tam şəkildə hazırıq".

Press.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri millimizin futbolçusu Qara Qarayev UEFA Millətlər Liqasının 2-ci turunda Kiprlə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

27 yaşlı yarımmüdafiəçi daha sonra bildirib: "Əlimizdən gələni edəcəyik ki, yenidən azarkeşlərin etimadını qazanaq. Biz onlar üçün oynayırıq. Ümidvaram ki, sabah azarkeşlərimizi sevindirəcəyik".

Q. Qarayev rəqib haqqında kifayət qədər məlumatlı olduqlarını söyləyib: "3-4-cü dəfədir bura gəlirəm. Kipr haqqında məlumatımız var. Baş məşqçi hər şeyi dəqiqliklə analiz edib və bizə bütün məlumatları verib. Əlavə nə isə etməyimizə ehtiyac yoxdur".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI