Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gimnast Mina Abbasova “Azerbaijan Golden Kids Awards 2020" mükafatına layiq görüldü - FOTO

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Könüllülər İctimai Birliyinin artıq 3-cü ildir ki reallaşdırdığı “Azerbaijan Golden Kids Awards 2020" layihəsi bu dəfə öz mükafatlandırma mərasimini video formatda keçirib.

Press.az xəbər verir ki, mükafatlandırılan istedadlı uşaqlar arasında ölkəmizi dünyanın bir çox beynəlxalq bədii gimnastika yarışlarında uğurla təmsil edən 10 yaşlı balaca gimnastımız Mina Abbasova da var. O, "Azərbaycanı xaricdə uğurla  təmsil etdiyinə görə" nominasiyasında təltif olunub.

Azərbaycan Könüllər İctimai Birliyinin Mədəniyyət və İncəsənət Departamentinin sədri Ülviyyə Bəbirli bizimlə söhbətində bildirdi ki,  mükafatı balaca gimnastımıza Azərbaycan Respublikasının Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının xarici əlaqələr üzrə prorektoru Təranə xanim Muradova təqdim edib.

Qeyd edək ki, Mina Vüsal qızı Abbasova​ 2010-cu ildə Bakı​ şəhərində anadan olub. Hazırda Macarıstanın Budapeşt şəhərində gücləndirilmiş ingilis dili təmaüllü məktəbin 5 -cı sinfinə keçib.
İdman karyerasına 2016-ci ildən, hələ 5 yaşında olarkən başlayan Mina qısa vaxt ərzində “Beynəlxalq Bahar kuboku – 2016” yarışmasında iştirak edərək 1-ci yerə layiq görülmüşdür. O, Macarıstanda fəaliyyət göstərən Beynəlxalq dərəcəli hakim Lyubov Bernat və Inga Mackusun rəhbərlik etdiyi “Rus Rg Sport” klubunun üzvüdür.

İstedadlı idmançımız ilk illərdə iştirak etdiyi beynəlxalq yarışlarda valideynlərinin işi ilə bağlı ezam olunduqları ölkəni – Macarıstanı təmsil etsə də, 2018-ci ilin avqustundan​ Budapeştdə keçirilən XVII ənənəvi “Gracia” kuboku turnirindən sonra Azərbaycan bayrağı altında çıxış etməyə başlayıb.

Mina indiyə qədər dünyanın müxtəlif ölkələrində​ ​ — Azərbaycan, Macarıstan, Polşa, İtaliya, Rumınya, Almaniya, Sloveniya, Xorvatiya, Lüksenburq​ ve digər ölkələrdə 42 medal (17 qızıl, 21 gümüş, 4 bürünc) qazanıb.

Təqdimat zamanı Mina Abbasova fəxrlə qeyd etdi ki, onun ən böyük arzusu doğma Azərbaycanı dünya çempionatlarında və Olimpiya oyunlarında uğurla təmsil etmək, üçrəngli bayrağımızı zirvələrə qaldırmaqdır.  Çoxsaylı mükafatların sahibi olan balaca gimnast onu həmişə qiymətləndirən həmyerlilərinə, qələbələrini işıqlandıran  mətbuat nümayəndələrinə, televiziya işçilərinə,  ona hər zaman dəstək olan "Port of Baku"nun rəhbərliyinə minnətdarlıq etməyi də unutmadı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI