Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında – FOTO

11 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Boccia İdman Federasiyasının idmançıları təlim-məşq toplantısında iştirak edirlər.

Federasiyadan Press.az-a verilən məlumata görə Boccia idman növü üzrə milli komandanın üzvləri ölkəmizdə yayılan koronavirus (COVID-19) pandemiyası ilə bağlı bir neçə ay ev şəraitində məşqlərini davam edirdi. İdmançıların fiziki hazırlıqlarını artırmaq məqsədilə 10 – 19 avqust 2020-ci il tarixlərində Boccia idman növü üzrə komanda 18 nəfərlik heyətlə Zaqatala Olimpiya İdman Kompleksində açıq hava şəraitində təlim-məşq toplasında iştirak edəcək. Təlim-məşq toplantısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Milli Paralimpiya Komitəsinin dəstəyi ilə keçirilir.

Qeyd edək ki, təlim-məşq toplantısı zamanı komanda üzvləri sosial məsafə və digər karantin qaydalarına məsuliyyətlə riayət edir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI