Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İbrahimoviçdən unikal rekord

02 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Milan"nın isveçli futbolçusu Zlatan İbrahimoviç 1 mövsümdə 10 qol həddinə çatan ən yaşlı oyunçu kimi A Seriyasının  tarixinə düşüb.

Press.az xəbər verir ki, 38 yaş 302 günlüyündə olan oyunçu  buna 38-ci turda "Kalyari" ilə görüşdə (3:0) nail olub. O,  matçın 55-ci  dəqiqəsində fərqlənməklə 1 mövsümdə vurduğu qolların sayını 10-a çatdırıb. İbrahimoviç bununla da A Seriyasında 10 qol həddinə çatan ən yaşlı oyunçu adını qazanıb.

İndiyədək rekord Silvio Piolaya məxsus idi. O, 1952-ci ildə "Novara"nın heyətində 10 qol həddinə 38 yaş 127 gününlüyündə çatmışdı.

Qeyd edək ki, Z.İbrahimoviçin çıxış etdiyi "Milan" başa çatmış mövsümü 6-cı pillədə tamamlayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI