Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Hatayspor" yeni baş məşqçisini tapdı

27 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yeni mövsüm Türkiyə Superliqasında oynamağa vəsiqə qazanan "Hatayspor"un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Press.az "NTV Spor"a istinadən xəbər verir ki, klub Ömer Erdoğanla razılığa gəlib. "Hatayspor"un yeni idman direktoru Fatik Kavlak 43 yaşlı mütəxəssislə görüşüb və  onunla razılıq əldə edib.
Klubun bu təyinatı qısa zamanda açıqlayacağı gözlənilir.

Qeyd edək ki, Ö.Erdoğan bu mövsüm "Fatih Karagümrük"ü çalışdırıb və İstanbul təmsilçisi ilə 12 oyuna çıxıb. O, daha əvvəl "Bursaspor", "Eskişehirspor" və "Tuzlaspor"da baş məşqçi köməkçisi olub.

Xatırladaq ki, "Hatayspor" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi vəzifəsinə gətirmişdi. Ancaq 48 yaşlı mütəxəssislə razılıq əldə olunmamışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI