Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Kopenhagen”in baş məşqçisi “Qarabağ”ın yeni transferi haqda

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Kopenhagen”in baş məşqçisi Stale Solbakken komandadan ayrılan Uroş Matiçin “Qarabağ”a keçidi haqda fikirlərini bildirib.

Press.az xəbər verir ki, 52 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında əvvəlcə serbiyalı yarımmüdafiəçi ilə yolları ayırmalarının səbəbini izah edib:

“Uroşu çox yaxşı tanıyırıq. Həqiqətən əsl peşəkar və yaxşı futbolçudur. Ancaq onu oyun üslubumuza uyğunlaşdırmaq alınmadı. Açıq futbolda yaxşı mübarizə aparırdı, oyun səviyyəsini də inkişaf etdirdi. Ancaq ümid etdiyimiz, istədiyimiz kimi olmadı. Biz məsuliyyətimizi yaxşı dərk edirik və heç bir sərtlik, inciklik olmadan yollarımız ayrıldı".

Solbakken eyni zamanda, Matiçin komandada özünəməxsus iz buraxdığını bildirib: "O, titul qazanmağa kömək etdi, həmçinin Avropa Liqasında “Ayaks”la dramatik oyunlarında komandanın bir hissəsi olaraq mübarizə apardı, klubda iz buraxdı. Uroşa və ailəsinə gələcəkdə ən yaxşı arzuları diləyirik. Onlar həmişə “Kopenhagen”də gözləyirik”.

Klub Uroş Matiçə təşəkkür edib və uğurlar arzulayıb.

Qeyd edək ki, Danimarka klubu 30 yaşll futbolçu ilə 1 illik müqaviləni qarşılıqlı razılıqla ləğv edib. 2017-ci ildə “Kopenhagen”ə keçən Matiç daha sonra “Austriya” və “Apoel”də icarə əsasında çıxış edib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI