Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

La Liqa klubundan Okazaki ilə yeni müqavilə

26 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyanın “Hueska” klubu yaponiyalı hücumçusu Sindzi Okazaki ilə müqavilənin müddətini uzadıb.

Press.az xəbər verir ki, bu barədə sözügedən klubun mətmbuat xidməti məlumat yayıb.

34 yaşlı yaponiyalı futbolçu yeni müqaviləyə əsasən, növbəti mövsümün sonuna qədər “Hueska”nın uğurları üçün çalışmağa davam edəcək. O, 2019-cu ilin  sentyabrından bu komandada çıxış edir.

Yaponiya yığmasında 119 oyun keçirib, 50 qol vurmuş Okazaki karyerası ərzində “Lester Siti, “Maynts”, “Ştutqart”, “Simidzu S-Pals” klublarında da çıxış edib.

Qeyd edək ki, Sequndada çıxış edən “Hueska” 2019/20 mövsümünün yekunlarına əsasən növbəti mövsümdən La Liqada mübarizə aparacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI