Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Messi haqda yeni iddia - 2021-ci ildə...

25 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Barselona"nın futbolçusu Lionel Messinin karyerasını gələn il "İnter"də davam etdirə biləcəyi iddia olunub.

Press.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. Bildirilib ki, "İnter" Kataloniya klubunun kapitanını almaq istəyir. A seriyası təmsilçisinin planı Messi ilə 2021-ci ilin yayında müqavilə imzalamaqdır. Argentinalı hücumçunun "Barsa" ilə hazırkı müqaviləsi məhz gələn ilin iyununda başa çatır.

Qeyd olunub ki, "İnter" sahibləri 33 yaşlı oyunçu üçün yüksək maaş ödəməyə hazırdırlar. Klubun Messiyə ilinə 50 milyon avro ödəməyə razı olduğu qeyd olunub. "İnter" hesab edir ki, onun komandaya gəlişi yeni sponsorların olmasına da şərait yaradacaq.

Qeyd edək ki, Messi La Liqada başa çatan mövsümdə 33 oyunda 25 qol vurub, 21 qolun ötürməsini verib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI