Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avrokubok təmsilçilərimizin hazırlıq planı

09 Jul 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu mövsüm ölkəmizi avrokuboklarda təmsil edəcək dörd klubdan üçünün – “Qarabağ”, “Neftçi” və “Keşlə”nin hazırlıq planı bəllidir.

Press.az xəbər verir ki, bu barədə sözügedən klubların mətbuat xidmətindən Qol.az-a məlumat verilib. Ölkəmizi ardıcıl 7-ci dəfə Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” iyulun 14-də “Qəbələ”yə yollanacaq. Ağdam klubunun Azərbaycanın digər avrokubok iştirakçıları ilə yoxlama oyunları nəzərdə tutulub.

Avrokubok təmsilçimiz “Neftçi” iyulun 11-də “Qəbələ”yə gedəcək. “Ağ-qaralar”ın ayın sonuna qədər orada hazırlıq keçməsi, daha sonra isə pandemiya ilə bağlı veriləcək qərara əsasən addım atılacağı nəzərdə tutulub.

“Keşlə” isə hazırlıq üçün Şamaxını seçib. Komanda yaxın iki həftə ərzində Şamaxı Olimpiya Komleksində məşq keçəcək. Paytaxt təsmilçisi bu həftənin sonu və ya gələn həftənin əvvəlində Şamaxıya səfər etməyi planlaşdırır.

Tarixində ilk dəfə Avropa Liqasında iştirak edəcək “Sumqayıt”da isə hələlik hazırlıqla bağlı plan dəqiqləşməyib.

Qeyd edək ki, komandalar toplanışa yollanmazdan əvvəl Bakıda test verəcəklər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI