Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Məhşur baş məşqçi koronovirusdan vəfat etdi - FOTO

28 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Serbiya və Monteneqro millisinin sabiq baş məşqçisi İliya Petkoviç vəfat edib.

Press.az xəbər verir ki, onun ölümünə koronavirus səbəb olub.

75 yaşında dünyasını dəyişən mütəxəssis on iki barmaq bağırsağındakı problemlər üzündən xəstəxanaya yerləşdirilib. Koronavirus testi müsbət nəticələnən məşqçidə virus da aşkarlanıb. Bundan sonra ürək və ciyər problemləri də yaranan Petkoviç vəfat edib.

Qeyd edək ki, futbolçu kimi vətənində OFK, Fransada "Trua"nın şərəfini qorumuş Petkoviç Yuqoslaviya millisində 43 matçda 6 qol vurub. O, AVRO-1968-in gümüş mükafatçısı olub. 2000-01-ci illərdə Yuqoslaviya, 2003-06-cı illərdə Serbiya və Monteneqro millisini çalışdıran mütəxəssis "Servett" (İsveçrə), OFK (Serbiya), "Aris" (Yunanıstan), "Əl-Əhli" (Qətər), "Şanxay Şenxua" (Çin) kimi klublarda da işləyib. O, son illərdə Belqrad Futbol Federasiyasının prezidenti postu olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI