Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Çempionluğu Dalqliş və Cerrarda həsr edirik" - Yurgen Klopp

26 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu, inanılmazdır. Bu çempionluq mənim təsəvvür etdiyimdən daha çoxdur".

Press.az xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp BBC-yə açıqlamasında deyib.

"Liverpul"un 30 illik fasilədən sonra çempionluq qazanmasını şərh edən almaniyalı mütəxəssis, bunu klubun əfsanəvi futbolçularına həsr etdiklərini bildirib:

"Kenni Dalqlişin bizə nə qədər dəstək olduğunu bilirəm. Stiven Cerrard da onun kimi 30 ildir bunu gözləyir. Bu çempionluğu onlara həsr edirik. Oyunçular onlarla fəxr edir. Bu adların hesabına futbolçuları əlavə motivasiya etməyə ehtiyac olmur".

Klopp koronavirusa görə Premyer Liqada yaranan 3 aylıq fasiləyə baxmayaraq, komandasının inanılmaz dərəcədə istəkli olduğunu və yaxşı çıxış etdiyini qeyd edib: “Mançester Siti”nin oyunu çox gərgin idi. Özümü ələ almaq istəyirdim, amma mümkün olmurdu. Düzdür, mən bu kuboku 30 il gözləməmişəm, 4 il yarımdır buradayam. Amma bu, həqiqətən 3 aylıq fasiləni nəzərə alsaq, ciddi uğurdur. Heç kim bu ruhda davam edəcəyimizi gözləmirdi. “Kristal Pelas”la görüş (4:0) hər şeyin yaxşı olacağına işarə idi. Azarkeşlər bunu bir daha hiss etdi. Evdə olsalar da, çempionluqdan məmnundurlar”.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI