Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Premyer Liqa hazırlıq oyunlarına icazə verdi

03 Jun 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İngiltərə Premyer Liqasında çıxış edən klublara koronavirusa görə dayandırılan çempionatın bərpasından əvvəl hazırlıq oyunları keçirməyə icazə verilib.

Press.az "The Telegraph"a istinadən xəbər verir ki, Premyer Liqa rəhbərliyi futbolçuların formalarını bərpa etmələrinə kömək məqsədilə belə qərar verib.

Ancaq klublara müəyyən qadağalar qoyulub. Futbolçu və məşqçilər oyunlara şəxsi maşınları ilə gəlməlidirlər. Oyunları hakimlər yox, klubun məşqçi heyətindən seçilən şəxslər idarə edə bilər. Çox uzaqda məskunlaşan "Norviç" və "Nyukasl" kimi klublar uzun səfər etmək üçün xüsusi icazə almalıdır.

Qeyd edək ki, Premyer Liqanın iyunun 17-də qaldığı yerdən davam edəcəyi açıqlanıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI