Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uşaqlara həsr olunan turnir başlayır

31 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Gaming League Azerbaijan” növbəti turniri kiber idman həvəskarlarına təqdim edir.

Azərbaycan Kiber İdman Federasiyası, Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) dəstəyi ilə 1 iyun, Uşaqların Beynəlxalq Müdafiəsi Günündə, “Fortnite” oyunu üzrə yeni turnir keçiriləcək. Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün artıq 720 nəfər qeydiyyatdan keçib. Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, eləcə də iyun ayının gedişatında start götürəcək “Fortnite Milli Liqasına” seçim xarakteri daşıyır.

Mübarizədə ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcəklər. Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı “Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionu təmsil edəcək. Hadisələrin gedişatını daha yaxından müşahidə etmək üçün “Gaming League Azerbaijan”ın @glahub Instagram və @glahub Facebook səhifələrini izləyin. Kiber idman sevərlər turniri @glahub “Twitch” kanalından canlı izləyə bilərlər.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI