Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İngiltərə Premyer Liqasının ən yaxşı mərkəz müdafiəçiləri - "TOP-15"

31 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Squawka portalı İngiltərə Premyer Liqasının tarixinin ən yaxşı mərkəzi müdafiəçilərin reytinqini dərc edib.

Press.az xəbər verir ki, siyahının ilk pilləsində "Çelsi"nin sabiq kapitanı Con Terri qərarlaşıb. "Mançester  Yunayted"in sabiq oyunçusu  Rio Ferdinand ikinci olub. Üçüncü pillədə isə "Tottenhem", "Arsenal"ın sabiq oyunçusu Sol Kempbell yer alıb.

Hazırda karyerasını davam etdirən oyunçulardan siyahıya təkcə Vensan Kompani ("Mançester Siti"nin sabiq futbolçusu, hazırda "Anderlext"də oynayır) və Vircil van Deyk ("Liverpul") düşüb.

Squawka versiyasına görə İngiltərə Premyer Liqası tarixinin ən yaxşı mərkəzi müdafiəçilərinin "Top-15"i:

1. Con Terri ("Çelsi")

2. Rio Ferdinand ("Vest Hem", "Lids", "Mançester Yunayted", QPR)

3. Sol Kempbell ("Tottenhem", "Arsenal", "Portsmut")

4. Toni Adams ("Arsenal")

5. Nemanya Vidiç ("Mançester Yunayted")

6. Hari Pallister ("Mançester Yunayted", "Midlsbro")

7. Rikardu Karvalyu ("Çelsi")

8. Stiv Bryus ("Mançester Yunayted")

9. Vensan Kompani ("Mançester Siti")

10. Vircil van Deyk ("Sauthempton", "Liverpul")

11. Yap Stam ("Mançester Yunayted")

12. Ceymi Karraqer ("Liverpul")

13.Sami Xyyupya ("Liverpul")

14. Kolo Ture ("Arsenal", Mançester Siti", "Liverpul")

15. Ledli Kinq ("Tottenhem")

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI