Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İngiltərə Premyer Liqasının bərpa tarixi açıqlandı - Rəsmi

29 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyasına görə  dayandırılan İngiltərə Premyer Liqasının bərpa tarixi müəyyənləşib.

Press.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Premyer Liqanın iyunun 17-də yenidən davam etdiriləcəyi bildirilib.

Turnirin təxirə salınmış iki oyun - “Aston Villa” - “Şeffild Yunayted” və “Mançester Siti” - “Arsenal” matçları ilə bərpa olunacağı qeyd olunub. Bu oyunlar İngiltərə Liqa kubokuna görə 29-cu turdan təxirə salınmışdı.

30-cu turun oyunları isə iyunun 19-dan başlayaraq keçiriləcək. Qarşılaşmalar azarkeşsiz oynanılacaq.

Qeyd edək ki, İngiltərədə çempionatlar martın əvvəlindən dayandırılıb. Premyer Liqada turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 25 xal qabaqlayan “Liverpul” başçılıq edir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI