Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir" - Nazarov

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Millimizin və Almaniyanın “Ersgebirge” klubunun üzvü Dmitri Nazarov məşhur aktyor Stiven Siqalla görüşündən danışıb.

Press.az “tag24”ə istnadən xəbər verir ki, dünya şöhrətli aktyorun filmlərini izlədiyini deyən 30 yaşlı yarımmüdafiəçi bu görüşün onun üçün yaxşı təcrübə olduğunu bildirib:

"Azərbaycan millisi ilə Norveçə qarşı keçirdiyimiz görüşdən öncə Siqalla görüşmüşdük. O, döyüş sənətləri məktəbi açmaq üçün Bakıya gəlmişdi. Komandamızın otelində iki gecə keçirdi və matçı izlədi. Beləliklə, onunla bir araya gəlmək imkanımız oldu. Mənim üçün yaxşı təcrübə idi, çünki onun filmlərinə baxmağı xoşlayıram. Həmin vaxt onunla çəkdirdiyim şəkil indiyə qədər votsap profilimdədir”.

Qeyd edək ki, 2014-cü ildən millimizə dəvət alan Nazarov 2-ci Bundesliqa təmsilçisi "Ersgebirge"də 2016-ci ildən oynayır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI