Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Şəhriyar Məmmədyarov 10 min dollarlıq turnirdə iştirak edəcək

22 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şahmatçımız Şəhriyar Məmmədyarov onlayn turnirə dəvət alıb.

Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytının məlumatına görə, qrossmeyster Birləşmiş Ərəb Əmirliklərinin Şarcah şahmat klubunun təşkil edəcəyi beynəlxalq çempionatda qüvvəsini sınayacaq.

Məmmədyarovla yanaşı, turnirdə özbəkistanlı Rüstəm Qasımcanov, hindistanlı Pentala Xarikrişna, Amerika Birləşmiş Ştatlarından Ceffri Syun, misirli Bassem Amin və Birləşmiş Ərəb Əmirliklərindən Saleh Salem iştirak edəcəklər.

Mükafat fondu 10 min ABŞ dolları olan turnir 12-13 iyunda keçiriləcək. Ən güclü şahmat turnirlərindən hesab olunan yarış 2 dövrədən ibarət olacaq.

Məmmədyarov daha öncə FIDE-nin təşkilatçılığı ilə təşkil edilən Onlayn Steynits Memorealında iştirak etmişdi. Norveçli dünya çempionu Maqnus Karlsenin qalib adını qazandığı turnirdə Şəhriyar 4-cü olmuşdu.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI