Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gənclər və İdman Nazirliyindən koronavirus açıqlaması

20 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bu günədək koronavirusla bağlı Azərbaycandakı idmançılar barədə şübhəli heç bir məlumat daxil olmayıb".

Bunu Press.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin Mətbuat katibi Səmayə Məmmədova deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, karantinin elan olunmasından əvvəl ölkədə yaşayan idmançılar təlim-məşq toplanışlarından, yarışlardan vətənə qayıdıblar: "Karantin dövründə onlar evdə olublar. Federasiyadan nazirliyə idmançıların sağlamlığı ilə bağlı mütəmadi hesabatlar daxil olub".

S.Məmmədova bildirib ki, nazirlik tərəfindən federasiyalara ehtiyac olacağı təqdirdə, testlərin götürülə biləcəyi və karantində saxlanılmaları üçün hər bir şəraitin olduğu haqda məlumat verilib. 

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI