logo
First slide

Azərbaycanda oynamış futbolçu ən bahalı transferlər sırasında

19 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ukraynanın sport.ua saytı ölkə futbolçunun ən bahalı 10 transferinin siyahısını dərc edib.

Press.az xəbər verir ki, "Transfermarkt" portalındakı məlumatlara əsasən, oyunçuların bütün transferinin ümumi qiymətinin cəmi əsasında siyahı hazırlanıb.

Siyahıda ötən ay "Sabah"dan ayrılan və karyerasını başa vuran Marko Deviç də yer alıb. Ona 5 transferə görə ("Volın" - 150 min avro, "Metallist- 175 min avro , "Şaxtyor" Donetsk - 5 milyon avro, "Rubin" - 5 milyon avro, "Əl-Rayyan - 1 milyon avro) 11.33 milyon avro ödənilib. 2018/2019 və 2019/2020 mövsümündə "Sabah"a azad agent kimi keçən Deviç ümumi qiyməti ilə 10-ci pillədə qərarlaşıb.

Ukrayna futbolunun  ən bahalı 10 transferi

1. Andrey Şevçenko - 2 transfer üçün 67.78 milyon avro

2. Andrey Yarmolenko - 3 transfer üçün 45.25 milyon avro

3. Dmitri Çiqrinski - 2 transfer üçün 40 milyon avro

4. Anatoli Timoşuk - 3 transfer üçün 25.63 milyon avro

5. Sergey Rebrov - 2 transfer üçün 18.7 milyon avro

6. Aleksandr Əliyev - 3 transfer üçün 16.3 milyon avro

7. Ruslan Malinovski - 2 transfer üçün 15.7 milyon avro

8. Yevgeni Konoplyanka - 2 transfer üçün 14 milyon avro

9. Marlos - 2 transfer üçün 12 milyon avro

10. Marko Deviç - 5 transfer üçün 11.33 milyon avro

Oxşar xəbərlər
Category news

tr_star

04 Jun 2020