"Monpelye" futbolçusu Vitorino Hiltonla yeni müqavilə imzalayıb.
Press.az klubun saytına istinadən xəbər verir ki, 42 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.
Qeyd edək ki, Hilton 2011-ci ildən Fransa klubunda oynayır. O, bu mövsüm 33 matçda 1 qol vurub.