Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan klubunun oyunçusu həbs olundu - narkotikaya görə

15 May 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının “Sərkərdə” klubunun basketbolçusu Nikolay Kojuhari İrlandiyanın Offali şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Press.az "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq narkotik bitki olan kannabis satmaqda və yetişdirməkdə ittiham olunur.

Moldovalı basketbolçu iki həmyerlisi ilə birlikdə Kloverhill həbsxanasına yerləşdirilib.

Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI