Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Avro-2020"nin ev sahibləri azaldıla bilər - UEFA müzakirəyə başladı

09 Apr 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA növbəti il keçirməyi planlaşdırdığı Avropa çempionatına ev sahiblərinin azaldılması ilə bağlı müzakirələrə başlayıb.

Press.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Nəşr yazıb ki, təşkilat bəzi ölkələrin növbəti yay turnirə ev sahibliyi etməyə hazır olmamasından ehtiyatlanır.

Bildirilib ki, İspaniya və İtaliyada koronavirus səbəbindən çoxlu sayda ölüm və maliyyə itkilərinin olması bu ölkələrinin federasiyalarının turnirə ev sahibliyi etmək istəyini şübhə altına qoyub. Eyni zamanda bir çox stadionda 2021-ci ilin yayında planlaşdırılmış digər turnirlərin keçirilməsi də problem ola bilər.

Xəbərdə Avropa çempionatını ev sahibliyi etməyə hazır olanlar arasında İngiltərənin qaldığı vurğulanıb.

Qeyd edək ki, Avro-2020 bu yay 12 şəhərdə - London, Münhen, Bakı, Roma, Sankt-Peterburq, Budapeşt, Buxarest, Dublin, Kopenhagen, Qlazqo, Bilbao, Amsterdamda keçirilməli idi. Ancaq koronavirus pandemiyası görə turnir gələn ilin yayına kimi təxirə salınıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI