Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Formula-1”də mövsümün taleyi apreldə müzakirə olunacaq

30 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Koronavirus pandemiyası üzündən startı baş tutmayan “Formula-1”də mövsümün taleyinə apreldə aydınlıq gələ bilər.

Press.az xəbər verir ki, bunu “Alfa Tauri”nin rəhbəri Frans Tost açıqlayıb.

O bildirib ki, yarışın iştirakçı komandaları ayın ortalarında bir araya gələrək mövsümlə bağlı müzakirələr aparacaq: “Komanda rəhbərləri, Beynəlxalq Avtomobil Federasiyası və “Liberty Media” arasında təşkil olunan sonuncu videokonfrans belə bir görüş keçirməyi qərara aldıq. Bu görüşdə həmin ana olan vəziyyəti müzakirə edəcəyik”.

Qeyd edək ki, mövsümün Avstraliya Qran-Prisi ilə baş tutacaq startı yarışdan bir neçə saat əvvəl təxirə salınıb. Sonradan Bəhreyn və Vyetnam mərhələləri ləğv edilib. Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri isə qeyri-müəyyən müddətə təxirə düşüb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI