Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Həftədə 3 oyun keçirməyə hazırdırlar – La Liqadan 3 yenilik

28 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İspaniyada 2019/20 mövsümünü bitirməkdə qətidirlər.

Press.az “Marca”ya istinadən xəbər verir ki, liqa rəhbərliyi və klublar üç variant üzərində düşünürlər.

Birinci variant. Mövsüm mayın ortasında başlayır, iyulda isə başa çatır. Klublar həftədə üç oyun keçirməyə hazırdılar. Həmçinin matçların azarkeşsiz keçirilməsi təklifini qəbul edirlər.

İkinci variant. La Liqa yayda bərpa olunur, sentyabrda isə başa çatdırılır.

Üçüncü variant. Koronavirusun yayılması davam etsə, mövsüm sentyabrda bərpa olunacaq. Yeni mövsümün startı isə daha gec tarixə təyin ediləcək.

Qeyd edək ki, İspaniya koronavirus pandemiyasının ən geniş yayıldığı ölkələrdəndr. Martın 28-nə olan məlumata görə, orada virusa 65 min nəfər yoluxub, 5 min nəfər dünyasını dəyişib.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI