logo
First slide

"Barselona" Qrizmannı Neymarla dəyişir?

26 Mar 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Barselona" sabiq futbolçusu  Neymarı geri qaytarmaq üçün Antuan Qrizmannı PSJ-yə təklif etmək niyyətindədir.

Press.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Bildirilib ki, Kataloniya təmsilçisi  koronavirus pandemiyası səbəbindən maddi problemlə üzləşib. Buna görə də klub rəhbərliyi braziliyalı hücumçunu geri qaytarmaq üçün  180 milyon avro xərcləmək niyyətində deyil.

Bildirilir ki "Barselona" Neymarın transferi üçün Antuan Qrizmannı PSJ-yə təklif etməyi planlaşdırır. Bundan əvvəl isə La Liqa klubunun fransız futbolçunu 100 milyon avroya satmağa hazır olduğu bildirilmişdi.

Xəbərdə o da qeyd olunur ki, Neymar özü də PSJ-dən ayrılmaq fikrindədir.

Qeyd edək ki, Neymar "Barselona"dan 2017-ci ildə 222 milyon avroya PSJ-yə keçirb. Onun Paris təmsilçisi ilə müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Oxşar xəbərlər